Bakıda Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin görüşü keçirilir

6 Sentyabr 2017 11:26 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, görüş Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin 6-cı üçtərəfli görüşü çərçivəsində baş tutub.

Qeyd edək ki, 6-cı üçtərəfli görüşdə əvvəlki görüşlərdə qəbul olunmuş qərarlar nəzərdən keçiriləcək, 3 ölkənin iştirakı ilə regional əməkdaşlıq məsələləri müzakirə olunacaq və sonda “2017-2019-cu illərdə üçtərəfli əməkdaşlıq planı” imzalanacaq.

AzNews.az