Fillə "selfie" çəkdirirdi- Canından oldu

6 Sentyabr 2017 13:13 (UTC+04:00)

Aznews.az xarici mətbuata istinadən məlumat verir ki, Hindistanın Orissa əyalətindən olan 50 yaşındakı Aşok Bharti "selfie" çəkdirmək üçün filin yanına yaxınlaşıb. O, heyvana çox yaxınlaşdığından fil bundan qəzəblənərək "selfie" həvəskarını əzərək öldürüb.

Bundan bir qədər əvvəl isə Hindistanda qatarın qarşısında "selfie" çəkməyə cəhd edən gənci qatar vuraraq öldürmüşdü. Bu ölkədə kobranı öpərək "selfie" çəkdirmək istəyən gənc oğlanın ilanın sancması nəticəsində həyatını itirməsi də səs-küyə səbəb olmuşdu.