"Nalbandyanla hansı məsələləri müzakirə edəcəyimiz hamıya bəllidir" - Məmmədyarov

6 Sentyabr 2017 13:44 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli və gürcüstanlı həmkarları ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, görüşdə hansı məsələlərin müzakirə edəcəyi hamıya bəllidir.

"Yeganə lazım olan odur ki, siyasi qərar olsun. Bu qərar əsasında isə Ermənistan silahlı qoşunları geri çəkilməlidir", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının görüşü BMT Baş Assambleyasının bu ay Nyu-Yorkda keçiriləcək iclası çərçivəsində baş tutacaq.