Siyəzəndə maşın aşıb, 3-ü Rusiya vətəndaşı olmaqla 4 nəfər xəsarət alıb

6 Sentyabr 2017 16:04 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə magistralın Siyəzən rayonu ərazisindən keçən hissəsində baş verib.

Avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü İbrahim İbrahimov, Rusiya vətəndaşları - 1994-cü il təvəllüdlü Sədulla Maqomedov, 1972-ci il təvəllüdlü Sayadxanım Aşurbekova və 1974-cü il təvəllüdlü Esmira Abdullayeva xəsarət alıb.

Xəsarət alan şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.