AŞPA həmməruzəçiləri gələn həftə Azərbaycana gələcəklər

6 Sentyabr 2017 16:26 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, həmməruzəçilər əvvəlcə, sentyabrın 7-də Parisdə AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair hesabatlarını təqdim edəcəklər, gələn həftə isə hesabatla Bakıya gələcəklər.

Səfər çərçivəsində rəsmi şəxslər, vətəndaş cəmiyyəti nümayəndələri və başqaları ilə görüşlər gözlənilir.

Azərbaycanla bağlı hesabatın sonradan oktyabrın 9-13-də Strasburqda keçiriləcək AŞPA-nın payız sessiyasında müzakirə olunacağı və qəbul ediləcəyi gözlənilir.