Türkiyədə güclü yanğın - 30-a yaxın ev yandı + Foto

6 Sentyabr 2017 19:10 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, küləyin təsiriylə sürətlə böyüyən yanğının söndürülməsi üçün xilasedicilər cəlb edilib. Hələ də davam edən yanğın nəticəsində 30-a yaxın ev yanıb. Muğlanın mərkəzi olan Menteşe mahalının Zeytinköy məhəlləsində, meşə ərazisində baş verən yanğının söndürülməsi üçün 4 ədəd amfibik təyyarə, 14 helikopter, 7 vertolyot, 37 yanğın söndürmə cihazı və 2 ədəd buldozer cəlb olunub. Külək səbəbiylə yanğına nəzarət etməkdə çətinlik çəkilir. Yanğınla bağlı evlər və heyvan saxlanılan yerlər boşaldılır.