Qida məhsullarının istehsalı artıb

6 Sentyabr 2017 21:35 (UTC+04:00)

Trend-in məlumatına görə, əvvəlki ilin yanvar-iyul ayları ilə müqayisədə qida məhsullarının istehsalında 1,8 faiz artım, içki istehsalında 23,4 faiz artım, tütün məmulatlarının istehsalında isə 56,4 faiz azalma müşahidə olunub.

Bu sahələrin əsas məhsullarından kolbasa məmulatlarının istehsalı 2,2 dəfə, pendir və kəsmik istehsalı 88,2 faiz, şirin peçenye istehsalı 2,6 dəfə, içli sair şokolad şirniyyat məmulatları istehsalı 62,3 faiz, qidalanma üçün yararlı olan duz istehsalı 10,0 faiz, pivə istehsalı 2,2 dəfə, alkoqolsuz içkilərin istehsalı 13,7 faiz artıb.

AzNews.az