28 Aİ ölkəsindən Rusiyaya bəd xəbər

6 Sentyabr 2017 22:23 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Brüsseldə keçirilən həftəlik iclasda, 28 Aİ ölkəsi mülkiyyətin dondurulması və səyahətlə bağlı qadağa da daxil olmaqla əlavə sanksiyaların müddətini uzatmağa qərar verib. Avropa İttifaqı qara siyahıya salınan 149 rusiyalı və 38 hüquqi şəxsə yönələn sanksiyaların müddətini 6 ay uzadacağını açıqlayıb.

Aİ 18 mart 2014-cü il tarixində Krım Muxtar Respublikasının və Sevastopol şəhərinin qeyri-qanuni ilhaqından sonra Rusiyaya sanksiya tətbiq etməyə başlayıb.

Digər tərəfdən, Aİ tərəfindən Rusiyaya tətbiq olunan ayrı-ayrı iqtisadi sanksiyalar 2018-ci ilin yanvar ayına qədər qüvvədə olacaq.