Polis döyüldü - Maşının şüşəsinə görə + Foto

6 Sentyabr 2017 22:49 (UTC+04:00)

AzNews.az xəbər verir ki, polis istirahət günündə ailəsi ilə birlikdə evinə gedərkən qırmızı işıqda gözləyən zaman iki nəfər avtomobilin şüşəsini silmək istəyir. Maşınının şüşəsini sildirmək istəməyən polis şüşəsilənlər tərəfindən döyülüb. Özünü müdafiə etmək üçün avtomobilindən düşən polis daha şiddətlə döyülür. Hadisə şahidləri məsələ ilə bağlı polisə müraciət edib. Əraziyə çox sayda polis gəlib. İki nəfər saxlanılıb. Yaralı isə xəstəxanaya çatdırılıb.