Azərbaycan neftinin son qiyməti - 2 faiz bahalaşıb

7 Sentyabr 2017 00:00 (UTC+04:00)

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti sentyabrın 5-də 55,02 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,08 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti sentyabrın 5-də 51,36 dollar/barel təşkil edib ki, trendə görə, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə sentyabrın 5-də 53,84 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,18 dollar/barel çoxdur.

AzNews.az