Benzinin keyfiyyəti ilə bağlı bəzi şikayətlər daxil olur - Komitə

7 Sentyabr 2017 10:35 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu adıçəkilən qurumun sədri Ramiz Həsənov bildirib.

Onun sözlərinə görə, bu cür şikayətlərin sayı o qədər də çox deyil: "Ara-sıra bu qəbildən olan şikayətlər komitəyə daxil olur. Lakin onların sayı o qədər də çox deyil. Təbii ki, biz öz səlahiyyətlərimiz çərçivəsində bu müraciətləri araşdırırıq".

Komitə sədri əlavə edib ki, şikayətlərin bir çoxunun kökündə texniki səhvlər durur: "Bilirsiniz ki, Azərbaycana idxal olunan benzin "Euro-4" və "Euro-5" standartlarının tələblərinə uyğundur. Təbii ki, bu cür benzin köhnə avtomobillərdə istifadə olunan zaman müəyyən problemlər yaradır".