Myanmada daha bir müsəlman kəndi yandırılıb – Video

7 Sentyabr 2017 14:29 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, kənddə olan bütün evlər yandırılıb.

Kənd sakinləri zorakılıqlarla əlaqədar evlərini tərk etmək məcburiyyətində qalıblar.

Dağıdılmış evlərdə Quran səhifələrinin yerdə səpələnmiş halda olduğu müşahidə edilib. Bir qədər əvvəl yerli rəhbərlik kəndin müsəlmanların özləri tərəfindən yandırıldığını iddia edib.

Bölgədə çəkiliş aparan jurnalistlərdən biri əlində maçeta gəzdirən 10-dan çox şəxs gördüyünü bildirib. Zorakılıqların qeydə alındığı yerlərdə isə, heç bir təhlükəsizlik qüvvələri müşahidə edilməyib.

Müsəlmanlara qarşı zorakılıqların şiddətli olduğu Rakxayn ştatında indiyə qədər 400-dən çox dinc sakin öldürülüb. 140 mindən çox insan evlərini tərk etmək məcburiyyətində qalıb.

Bəxtiyar Abbasov

AzNews.az