O vurğulayıb ki, bu, Azərbaycanda ilk rastlanan hal deyil: "Belə körpələrimiz olub. Əvvəllər də belə hadisələrə rast gəlinib. Sadəcə valideynlər bu problemi sirr kimi saxlayır, həkimə getməyə utanır, uşağın böyüyəndə düzələcəyinə ümid edirlər. Bu tip uşaqlar kişi kimi böyüyür, xarici görünüşləri də kişidir. Amma cinsi orqanları inkişaf etmir və sidik sistemində problem olur. Onları bəzən hətta evləndirirlər də. Amma cinsi həyatdakı problemlər ailənin dağılmasına səbəb olur. Vaxtında cərrahi müdaxilə edilməmiş insan psixoloji sarsıntı keçirir. Bu problemləri qohum-qonşudan, həkimdən gizlətməklə bir şeyə nail olmaq olmaz. Uşaq hələ körpə ikən müayinə olunub, əməliyyat edilməlidir. Müasir tibb buna imkan verir. Hər bir problem zamanında həll olunmalıdır”.
Məlumat üçün bildirək ki, bu patologiya hermofraditizm deyil. Hermofraditizm hormon çatışmazlığı və pozulmasıdır. Mütəxəssislər uşaq doğulan kimi körpədə hər hansı cinsi uyğunsuzluq, qüsur və cinsiyyəti sual altında qoyan simptom olarsa, dərhal uşaq uzmanlarına müraciət etməyi tövsiyyə edir.