Avropa Şurasının Bakı ofisinin rəhbərinin diplomatik fəaliyyət müddəti başa çatıb

7 Sentyabr 2017 15:28 (UTC+04:00)

AzNews.az XİN-nə istinadən xəbər verir ki, görüşdə xanım Dragana Filipoviç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyətinə və perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Elmar Məmmədyarov xanım Dragana Filipoviçə gələcək fəaliyyətində uğurlar arzu edib.