Manaf Ağayevin axtardığı böyrək tapıldı: “Pul lazım deyil”

8 Sentyabr 2017 10:17 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Bakı şəhər sakini Fikrət Həsənov deyib. O, böyrəyini təmannasız verməyə hazır olduğunu deyib:

“Mənə pul lazım deyil. Sadəcə insanlıq edirəm. Bir qarışqa yaratmamışıq. Həyatı təhlükədə olan bir insanın ölümünə göz yummaq olmaz”.

Fikrət Həsənov Bakı şəhərində işlədiyini deyib: “Beton daşıyıram”.

Qeyd edək ki, müğənni Manaf Ağayev xalqdan yardım istəyib. Sənətçi “Kral” ansamblının rəhbəri Məhərrəm Xələfovun böyrək çatışmazlığından əziyyət çəkdiyini bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az