“İrma” qasırğası hava limanını yerlə yeksan edib – Trampın binaları dağılıb (Video)

8 Sentyabr 2017 11:30 (UTC+04:00)

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, sürəti saatda 295 kilometrə çatan küləklər hava limanı terminalını, binaları və təyyarələri istifadəsiz hala salıb. Kiçikhəcmli təyyarələrdən bir neçəsi sürüklənərək yaxınlıqdakı qayalıqlara çırpılıb. Uçuş-enmə zolağı tamamilə toz-torpaqla örtülüb.

Hava limanında bütün aviareyslər təxirə salınıb.

“Şahzadə Yuliyana” hava limanı dünyanın ən təhlükəli 10 hava limanından biridir. Bu hava limanın uçuş-enmə zolağı Maxo çimərliyinin bir neçə metrliyindən başlayır.Təyyarələr havalandıqda və ya hava limanına endikdə çimərlikdəki insanların başının üzərindən - 10-20 metr hündürlükdən keçir.

Qeyd edək ki, adada olan bir sıra daşınmaz əmlaklar ABŞ prezidenti Donald Trampa məxsusdur. Onun adadakı "Le-Şato-de-Palmye" villası satışa çıxarılıb.

Bəxtiyar Abbasov

AzNews.az