BMT-dən həyəcan təbili- 1,4 milyon insan təhdid altında

8 Sentyabr 2017 11:53 (UTC+04:00)

Aznews.az xarici mətbuata istinadən xəbər verir ki, yazılı açıqlamada bu səbəbdən ölənlərin sayının 28-ə çatdığı qeyd olunub. Bölgədə 837 insana xolera diaqnozu qoyulub ki, onlardan 350 mini 5 yaşında uşaqdır. Epidemiyanın Boko Haram qüvvələri ilə hərbçilər arasında gedən ərazilərdə daha çox yayıldığı açıqlanıb. Burda yaşayan sakinlərin infeksiyaya içməli su qıtlığı səbəbindən bulaşdığı qeyd olunub.

Qeyd edək ki, xolera kəskin bağırsaq infeksiyasıdır. İshal və hərarətlə müşahidə olunan bu xəstəlik müalicə olunmadığı təqdirdə ölümlə nəticələnir.

Lalə Nurəddinqızı

Aznews.az