Övladlığa uşaq götürdü, amma... - Bakıdakı qəzanın təfərrüatı

8 Sentyabr 2017 12:17 (UTC+04:00)

AzNews.az DİN-ə istinadən xəbər verir ki, sentyabrın 7-də saat 16 radələrində Səbail rayonu ərazisində Bakı şəhər sakini Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanan paytaxt sakini Seymur Məmmədova məxsus “Toyota Prado” markalı avtomobilə vurub və idarəetməni itirdiyindən avtomobil Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel” markalı avtomobilə çırpılıb.

F.Məmiyev və sərnişinlərindən həmyerlisi Kamal Məmmədov hadisə yerində ölüb, digər 2 sərnişini, A.Rəhimov və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.

A.Rəhimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

AzNews.az-ın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən Füzuli Məmiyev ailəli olub. 15 il imiş ki, övladı olmayıb. Bu yaxınlarda övladlığa uşaq götürübmüş. Götürdüyü uşağın böyüməsini görmək isə ona qismət olmayıb.