AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Cunyor Trampın ifadəsi qapalı şəkildə baş tutub.
Komitə üzvləri Cunyor Trampı Rusiyanın Amerika Birləşmiş Ştatlarında 2016-cı ildə keçirilən seçkilərə müdaxiləsi iddiaları ilə əlaqədar sorğu-sual ediblər.
5 saat çəkən proses zamanı Cunyor Tramp bildirib ki, o, ötən il Hilari Klintonun səhhəti və xarakterini öyrənmək üçün onunla görüşüb. Lakin o, Klintonun seçki kampaniyasına zərər vermək üçün Rusiya ilə əməkdaşlıq etmədiyini deyib.
Bəxtiyar Abbasov
AzNews.az