Qırğızıstanın 6 telekanalı “Azerspace-1” peyki üzərindən yayıma başlayıb

8 Sentyabr 2017 18:26 (UTC+04:00)

AzNews.az Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən xəbər verir ki, "Azərkosmos" ASC ilə imzalanan müqaviləyə əsasən, sentyabr ayından etibarən televiziya kanalları 11015/H/13000 və radio kanalı 11095/V/30000 tezliyi ilə yayımlanır.

Adıçəkilən kanallar vasitəsilə qırğız və rus dillərində ictimai, siyasi, iqtisadi, idman, musiqi, əyləncə və mədəniyyət verilişləri nümayiş edilir.