Kür çayında batan uşağın meyiti tapılıb

8 Sentyabr 2017 18:45 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, rayonun Ferma deyilən ərazisində batmış Kəlbəcər rayon sakini, 2011-ci il təvəllüdlü Hətəmzadə Orxan Fəxrəddin oğlunun cəsədi batdığı ərazidən 35-40 kilometr kənarda Kür çayının sahilində aşkarlanıb. Meyiti ərazidən keçən sakinlər tapıb və hüquq mühafizə orqanlarına xəbər veriblər.

Yevlax Rayon Prokurorluğundan “Report”a verilən məlumata görə, tapılan cəsədin üzərindən hər hansı bir zorakılıq əlaməti müəyyən olunmayıb. Hadisə bədbəxt hadisə kimi qeydə alınıb.