İlham Əliyev Kim Çen Ina məktub yolladı

8 Sentyabr 2017 18:56 (UTC+04:00)

AzNews.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri!

Ölkənizin milli bayramı - Koreya Xalq Demokratik Respublikasının yaranması günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza sülh və tərəqqi diləyirəm".