Beyrutda qəzada ölən azərbaycanlı idmançının cənazəsi Naxçıvana yola salınıb

8 Sentyabr 2017 19:11 (UTC+04:00)

AzNews.az XİN-nə istinadən xəbər verir ki, Azərbaycanın Livandakı səfirliyinin Konsulluq münasibətlərinə dair Vyana konvensiyasına uyğun olaraq atdığı addımlar, Livanın dövlət strukturları, vəkillər və mərhuma ilkin yardım göstərmiş xəstəxana ilə apardığı danışıqlar nəticəsində cənazənin Azərbaycana yola salınması təmin olunub.

Cənazəni mərhumun anası Məlahət Həsənova müşayiət edir.