Zaqafqaziya dini liderləri ilə görüş Qarabağa kömək edəcək - Patriarx

8 Sentyabr 2017 20:18 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu Moskva və bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan və Ermənistan dini liderləri ilə Moskvadakı görüşündə deyib.

"Bu gün biz Dağlıq Qarabağ və Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı birgə fikirlərimizi davam etdirəcəyik. Aydındır ki, mövcud problemlər qeyri-qənaətbəxş vəziyyətdədir, bununla yanaşı, həm Ermənistan, həm də Azərbaycan xalqlarında daha möhkəm və ədalətli sülh üçün irəliləmək arzusu var.

Kirill qeyd edib ki, bugünkü görüşün sülhməramlı prosesə töhfə verəcəyinə inanır:

"Din xalqlarımız üçün birləşdirici rol oynaya bilər və oynayacaq"