Ermənistanda etiraz aksiyası

19 Fevral 2013 08:42 (UTC+04:00)


Etirazçılar saxtalaşdırmanın dayandırılmasını tələb edirlər. Aksiya iştirakçıları etirazların müddətsiz olduğunu bildiriblər.
Onlar etiraz aksiyasını tələbləri yerinə yetirilənədək davam etdiriləcəyini söyləyiblər.
Ermənistan Mərkəzi Seçki Komissiyası seçki məntəqələrinin 100 %-dən gələn nəticələrin sayıldığını bildirib. Alınan nəticələrə görə, hazırkı prezident Serj Sərkisyana seçicilərin 58,64%-i səs verib. Beləliklə Sərkisyan faktiki olaraq seçkilərdə qalib gəlib. İkinci yerdəki Raffi Ovanisyanın 36,75 % səsi var. Hrant Baqratyan 2,15 %, Paruyr Ayrikyan 1,23%, Andrias Qukasyan 0,57 %, Vardan Sedrakyan 0,42 %, Arman Melikyan 0,24 % səs toplayıb.

AzNews.az