Daşkəsəndə mədən ərazisində yanğın baş verib

9 Sentyabr 2017 09:26 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Daşkəsən rayonu, Quşçu kəndi yaxınlığında filiz mədəninin ərazisində 10 ha sahədə kol-kos və quru ot yanıb.

Yanğından yaxınlıqdakı mədən və meşə zolağı mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az