İlham Əliyev Qazaxıstana səfərə gedib - Yenilənib + Fotolar

9 Sentyabr 2017 14:36 (UTC+04:00)

AzNews.az “APA”ya istinadən xəbər verir ki, Azərbaycan dövlət başçısını Astanada hava limanında Qazaxıstan baş nazirinin müavinin Yerbolat Dosayev və digər rəsmi şəxslər qarşılayıb.

Xatırladaq ki, sentyabrın 10-11-də Astanda Müstəqillik Sarayında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sədrliyi ilə ilk dəfə İƏT-in elm və texnologiyalar üzrə sammiti keçiriləcək. Sammitdə İƏT-ə üzv olan, müşahidəçi statusuna malik ölkələr və beynəlxalq təşkilatlardan 80 nümayəndə heyəti iştirak edəcək.

Həmçinin sabah Astanada EKSPO-2017 beynəlxalq sərgisinin rəsmi bağlanış mərasimi olacaq.

AzNews.az