Müəllimlərin işə qəbulu üzrə əlavə yerləşdirmə başa çatdı

9 Sentyabr 2017 14:05 (UTC+04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, sentyabrın 7-dən başlayan proses sentyabrın 8-i saat 24:00-dək yekunlaşıb.

Əlavə yerləşdirmədə müsabiqədə müvafiq keçid balı toplamış və vakansiya tutmaq hüququ qazanmayan namizədlər iştirak edib.

Bu il əlavə yerləşdirmə mərhələsində 4 mindən çox vakansiya elan olunub. Nəticələr gələn həftə ərzində elan ediləcək.

AzNews.az