Burundidə 100 tonluq məzar aşkar edilib

9 Sentyabr 2017 15:30 (UTC+04:00)

AZƏRTAC xarici KİV-lərə istinadən xəbər verir ki, Sülh və Həqiqət Komissiyasının sədri Jan-Lui Nahimana məsələ ilə bağlı keçirilən mətbuat konfransında paytaxtdan 100 kilometr aralıda məzarlığın aşkarlandığını bildirib. O, bölgədə tədqiqatların üç həftədir davam etdiyini bildirib. Məzarlıqda cəsədlərin sayı barədə məlumat verilməyib.

Nahimana məzarlıqdakı insanların 1972 və 1993-cü ildə ölkədə baş verən toqquşmalar nəticəsində dəfn olunduğunu, bölgədə hələ də müəyyən edilməyən başqa kütləvi məzarların da ola biləcəyini qeyd edib.

AzNews.az