Mənzildən meyit tapıldı - Bakıda

9 Sentyabr 2017 20:30 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1967-ci il təvəllüdlü Borsiyok Vadim Sergeyeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:46-da başa çatıb.​