Ərdoğan Trampla görüşəcək

9 Sentyabr 2017 21:18 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, danışıqlar zamanı Türkiyə ilə ABŞ arasındakı strateji tərəfdaşlığı qeyd edən iki lider, ikitərəfli əlaqələri daha da gücləndirmək və bölgədə sabitliyi artırmaq üçün birlikdə çalışmaqda davam etmənin əhəmiyyətini vurğulayıb. Danışıqların yekun nəticəsi olaraq Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın prezidenti Tramp Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası çərçivəsində Nyu-Yorkda bir araya gəlmək qərarına gəliblər.