73 yaşlı kişini maşın vurdu

10 Sentyabr 2017 00:00 (UTC+04:00)

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının önündə baş verib.

Yolu keçmək istəyən rayon sakini, 1944-cü il təvəllüdlü Elxan Abbas oğlu Cəlilovu avtomobil vurub. Yaralı elə yaxınlıqdakı xəstəxanaya çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra Qazax rayon Diaqnostika Mərkəzinə aparılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az