Binəqədi-Mehdiabad yolunda ağır qəza - taxta dolu yük maşını aşdı

10 Sentyabr 2017 14:32 (UTC+04:00)

AzNews.az baku.ws-ə istinadən xəbər verir ki, hadisə şahidinin sözlərinə görə, sürətli hərəkət edən yük maşını idarəetməni itirib.

Yük dolu maşın qəfil manevr edib və tarazlığını itirdiyi üçün aşıb. Taxta yüklənmiş iritonnajlı maşın aşaraq yolun bir hissəsini bağlayıb. Yük maşının üzərində olan taxta materiallar ətrafa dağılıb.