Qadının evindən 35 min manat apardılar - Bakıda

10 Sentyabr 2017 20:24 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu Zivərbəy Əhmədov küçəsi 28-də yaşayan Əzizova Fəridə Şıxməmməd qızı polisə müraciət edərək bildirib ki, evindən 35 min manat oğurlanıb. Qadın qeyd edib ki, sentyabrın 4-6-da evdə olmadığı müddətdə naməlum şəxs və ya şəxslər mənzilə soxularaq oğurluq edib.

Faktla bağlı araşdırma aparılır.