"Qarabağ" Londona yola düşdü - Fotolar

10 Sentyabr 2017 20:39 (UTC+04:00)

AzNews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Gənclər Liqasında oynayacaq "Qarabağ"ın U-19 komandası da əsas komanda ilə səfərə yollanıb.

"Qarabağ"la "Çelsi" arasındakı oyun sentyabrın 12-də keçiriləcək. Komandanın oyundan 1 gün öncəki son məşqini "zadəganlar"ın stadionunda - "Stemford Bric"də keçirməsi nəzərdə tutulub.

Qeyd edək ki, əsas komanda ilə yanaşı klubun UEFA Gənclər Liqasında yarışacaq U-19 komandası da yarışda debütü sentyabrın 12-də Londonda "Çelsi"dəki həmyaşıdlarına qarşı olacaq. Ancaq həmin matç günorta saatlarında - Bakı vaxtilə saat 14:05-də başlayacaq.