Bakının mərkəzində yanğın - Foto

10 Sentyabr 2017 21:11 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Əhməd Rəcəbli küçəsi 28 ünvanındakı binada yanğın başlayıb. Yanğınsöndürənlər alovun miqyasının artmasının qarşısını alıb və yanğın söndürülüb.

Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsindən bildirilib ki, binanın qarşısında toplanmış tullantılar və quru ot yanıb.