AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Saakaşvili Şeqini buraxılış məntəqəsində sərhədçilərlə qarşıdurma yaşadıqdan sonra, ölkə ərazisinə keçə bilib.
Aktivistlər və Saakaşvilinin tərəfdaşları sərhədçilərin mühasirəsini yarmağı bacarıblar.
***
Gürcüstanın sabiq prezidenti, Odessanın sabiq qubernatoru Mixail Saakaşvili qatarla Polşa-Ukrayna sərhədini keçə bilməyib.
AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bu səbəbdən o, avtomobillə "Krakovets" sərhəd-keçid məntəqəsi vasitəsilə Ukraynaya keçməyi planlaşdırır.
Bu barədə o, Polşanın Pşemısl şəhərində jurnalistlərə açıqlamasından belə bildirib:
"Mən hamıya təklif edirəm ki, mənimlə birlikdə "Krakovets" keçid məntəqəsinə yollansın."
Ukrayna vətəndaşlığından məhrum edilən Saakaşvili ölkəyə "qanuni" yolla keçmək istəyir. Bunun üçün o, Ukrayna sərhədçiləri ilə də əlaqə saxlayacaq.
Ukrayna Ali radasının deputatı Mustafa Nayem bildirib ki, Polşa tərəfi Ukraynanın xarici işlər nazirinə təklif edib ki, onu Ukraynaya buraxsınlar və məsələni ölkə ərazisindən həll etməyə çalışsınlar.
Qeyd edək ki, yüzlərlə avtobus və minik avtomobilləri Mixail Saakaşvilini qarşılamaq üçün Ukraynanın Lvov şəhərində - Polşa ilə sərhəddə "Krakovets" keçid məntəqəsinə toplaşıb.
Onlar əllərində bayraqlar, "Yeni güclərin hərəkatı" partiyasının simvolları ilə əraziyə gələrək Saakaşviliyə dəstək nümayiş etdiriblər. Aktivistlərin əksəriyyəti kamuflyaj forma geyiniblər.