Yerüstü keçidin altında piyadanı maşın vurdu

11 Sentyabr 2017 10:05 (UTC+04:00)

"Report"un xəbərinə görə, yol-nəqliyyat hadisəsi aeroport yolunun Sabunçu rayonu ərazisinə düşən hissəsində baş verib.

Təxminən 40-45 yaşlı kişi magistral yolu yerüstü piyada keçidinin altından keçərkən onu minik avtomobili vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Sürücü polis tərəfindən saxlanılıb.

AzNews.az