Prezident Lapşini əfv etdi

11 Sentyabr 2017 11:57 (UTC+04:00)

AzNews.az xəbər verir ki, sərəncamda deyilir:

I. 1976-cı ildə anadan olmuş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail Dövlətinin vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilsin.

II. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.