Əməkdar artist 4-cü dəfə əməliyyat olundu: "Damarlarım çürüyür"

11 Sentyabr 2017 17:08 (UTC+04:00)

Lent.az-ın məlumatına görə, “ATV maqazin onlarla” verilişinə açıqlama verən nağara ifaçısı bildirib ki, bir müddət öncə damarları çürüyürmüş: “Xırda damarlarım tutuldu, qaraldı və çürümə getməyə başladı. 4 dəfə əməliyyat olundum. Çox nağara çalmaqdan olub. Bir dəfə də nağaranın kənarı sümüyə dəydi, damarlar tutuldu. Əməliyyat İranda baş tutdu. Bilirəm ki, canımı verən də, alan da Allahdır. Bilirəm ki, elə bununla da gedəcəm".

AzNews.az