Quba və Xaçmazda üç gün qaz olmayacaq - Səbəb

11 Sentyabr 2017 19:54 (UTC+04:00)

AzNews.az “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, təmir müddətində Xaçmaz və Quba rayonlarına təbii qazın verilişində məhdudiyyət yaranacaq.

Göstətilən müddət ərzində təmir işləri yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İB-yi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.