Zakir Həsənov Aviqdor Libermanla görüşdü

11 Sentyabr 2017 20:26 (UTC+04:00)

AzNews.az Müdafiə Nazirliyinin mətbuat xidmətinəistinadən xəbər verir ki, protokola uyğun olaraq İsrail Müdafiə Nazirliyində Azərbaycan nümayəndə heyətinin rəsmi qarşılanma mərasimi keçirilib.

Müdafiə nazirləri Fəxri Qarovulun önündən keçdikdən və Dövlət himnləri səsləndirildikdən sonra nazirlərin təkbətək görüşü baş tutub.

Nümayəndə heyətlərinin geniş tərkibdə keçirilən görüşündə tərəflər regional təhlükəsizlik, ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq məsələlərini müzakirə ediblər.