"Azərbaycan Prezidentinin Aleksandr Lapşinin əfv edilməsinə dair qərarını alqışlayırıq" - İsrail XİN

11 Sentyabr 2017 20:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu İsrail XİN-in mətbuat katibi Emmanuel Nahşon bildirib.

Onun sözlərinə görə, nazirlik A.Lapşinin tezliklə İsrailə gəlişini təmin edəcək:

"İsrail XİN Azərbaycan Prezidentinin A.Lapşini əfv etməsindən məmnundur. Biz onu tezliklə İsraildə görməyimizə şad olacağıq".