AzNews.az Apa-ya istinadən xəbər verir ki, rayonun Lahıc kənd sakini, 2004-cü il təvəllüdlü Taleh Mustafa oğlu Əliyev it dişləməsi xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) çatdırılıb.
T. Əliyevi yaşadığı kəndin ərazisində, quduzluğa tutulması ehtimal edilən sahibsiz it hər iki ayağının bud nahiyəsindən dişləyib. Yeniyetməyə lazımi tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.