Bu gündən azərbaycanlı zəvvarlar Vətənə dönür

12 Sentyabr 2017 08:59 (UTC+04:00)

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) Trend-ə verilən məlumata görə, zəvvarları gətirən təyyarə Bakı vaxtı ilə saat 16:30-da yerə enəcək. İdarədən onu da qeyd ediblər ki, zəvvarların ziyarəti zamanı hər hansı bir problem yaşanmayıb, ziyarət nəzərdə tutulduğu qaydada həyata keçirilib.

Məlumata görə, digər zəvvarlar isə sentyabrın 13-ü,14-ü və 15-də Azərbaycana dönəcəklər.

Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 900 nəfər gedib.

AzNews.az