Bakıda 30 qaçqın ailəsinin yaşadığı bina yandı Video (Fotolar)

12 Sentyabr 2017 10:15 (UTC+04:00)

Hadisə gecə saat 04:00 radələrində Bakı şəhəri Xətai rayonu, Kazımağa Kərimov küçəsi 15 ünvanında baş verib. Bina sakinlərinin AzNews.az-a verdiyi məlumata görə, bina 2 mərtəbəli, 3 blokdan ibarətdir. 30-dan çox məcburi köçkün ailəsi 25 ildən çoxdur ki, bu binada məskunlaşıb. Sakinlərin sözlərinə görə, yanğın zamanı xəsarət alan olmayıb: “Bəziləri məişət əşyalarını çıxarmağa çalışsa da əksəriyyətinin ev əşyaları yanıb. Binada yaşayanların əksəriyyəti gənc ailələrdir. Hər ailədə azı 2 azyaşlı uşaq var”.

Bahar RÜSTƏMLİ

AzNews.az