Çaqqallar toya hücum etdi - 5 nəfər yaralandı

12 Sentyabr 2017 11:37 (UTC+04:00)

"Report"un Şirvan bürosunun məlumatına görə, hadisə gecə saatlarında rayonun Bulaqotu kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin ərazisində keçirilən toy mərasiminə qəfil hücum edən çaqqallar beş nəfər yerli sakinə xəsarət yetiriblər.

Yaralılar:

1942-ci il təvəllüdlü Kamilə Şəmi qızı Qarayeva,

2001-ci il təvəllüdlü Vüqar Yadigar oğlu Hacıyev,

2008-ci il təvəllüdlü Sultan Əziz oğlu Əzizov,

1976-cı il təvəllüdlü Rəşad Nizami oğlu Məmmədov,

1987-ciil təvəllüdlü Valeh Mübariz oğlu İbrahimov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılara ilkin tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksinlər vurulub.

AzNews.az