Nüşabə Ələsgərli keçirdiyi avtomobil qəzasından danışdı: “Ölməmişəm”

12 Sentyabr 2017 16:38 (UTC+04:00)

O, AzNews.az-a açıqlamasında sağ-salamat olduğunu deyib:

“Mən salamatam, sizinlə danışıram, ölməmişəm. Hadisədir, hər kəsin başına gələ bilər”.

Qeyd edək ki, müğənni Nüşabə Ələsgərlinin Yasamal rayonu ərazisində 3 saylı “ASAN Xidmət”in qarşısında qəza törətdiyi deyilir. O, idarə etdiyi avtomobili arxaya verən zaman Jiquli markalı maşına çırpılıb.

Bahar RÜSTƏMLİ

AzNews.az