Azərbaycanlı zəvvarları ölkəyə gətirən təyyarə gecikdi - Səbəb

12 Sentyabr 2017 19:45 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin köməkçisi Paşa Kəsəmənski bildirib.

P.Kəsəmənskinin sözlərinə görə, zəvvarlar ölkəyə 3 saat gecikmə ilə gələcəklər.

“Biz oradan çıxmağa hazır idik. Sadəcə hava limanının sıx qrafik ilə çalışması zəvvarların gecikməsinə səbəb olub. Sıxlıq olduğundan AZAL-ın təyyarəsi oradan havaya 3 saat gec qalxıb. Cədvəl üzrə təyyarə 19:10-da Bakıya enəcək”, - deyə P.Kəsəmənski əlavə edib.