ANS milli qəhrəman qızına əsəbi reaksiya verdi - QALMAQAL

19 Fevral 2013 11:39 (UTC+04:00)


Bilindiyi kimi, Milli Qəhrəman, Xocalı soyqırımı şəhidi Tofiq Hüseynovun qızı Yasəmən Həsənova ANS prezidenti Vahid Mustafayevin ekranlanlaşdırdığı "Xoca" filminə etiraz edib. Yasəmən Həsənova qeyd edib ki, "Xoca" filmində atası ilə bağlı yanlışlıqların olmasından narazıdır.

ANS Sirkətlər Qrupunun ictimai əlaqələr üzrə baş müşaviri Mais Məmmədov bununla bağlı AzNews.az-a açıqlamasında bildirdi ki, filmin bəyənilməsi ilə bağlı sözügedən kanal milli qəhrəmanın qızı qarşısında bir öhdəlik götürməyib: "Allah onun atasına rəhmət eləsin. "Xoca" filmi Yasəmən xanımın xoşuna gəlmirsə, baxmasın. Biz onu bu filmə baxmağa məcbur etmirik ki. Özü bilsin. Biz bəyəm söz vermişdik "Xoca"nı ona bəyəndirəcəyik?"

Bahar Rüstəmli
AzNews.az